Cəmiyyət

Bu qiymətləri də Tarif Şurası müəyyən edəcək

10 Sentyabr 2021 22:44
0 Şərh     Baxış: 2 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nda dəyişiklik edib.

Milli.Az bildirir ki, "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsi farmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.

Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsi ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib.

Dəyişikliyə əsasən, artıq ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza "Dərman vasitələri haqqında" qanuna uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.