Cəmiyyət

Balakəndə qəzada bir ailənin üç üzvü yaralandı

5 Sentyabr 2021 22:23
0 Şərh     Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakəndə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Talalar kəndi ərazisində baş verib.

Belə ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarəetdiyi yük avtomobili ilə Balakən rayon Talalar kənd sakini Ceyhun Orucovun idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan "VAZ 2107" markalı avtomobilin sürücüsü Ceyhun  Orucov və onun  avtomobilində olan sərnişinlər - sürücünün həyat yoldaşı, 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov müxtəlif dərəcəli bədən xəsarətlərilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.