Cəmiyyət

Şəhid Elcan Cəlilov döyüşlərdə böyük şücaət göstərib - VİDEO

4 Sentyabr 2021 18:15
1 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətənin harayına könüllü gedənlərdən biri də 25 yaşlı Tovuz sakini Elcan Cəlilov olub.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayan Elcan 44 günlük Vətən müharibəsində daim ön sıralarda olub. Döyüşlərdə böyük şücaət göstərən Elcan Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsini minaatanla məhv edib.

O, döyüşlərin birində 13 nəfər silahdaşını mühasirədən çıxarmaqla əsl qəhrəman olduğunu isbat edib.

Qəhrəmanımız ötən il noyabrın 7-də düşmənin bir neçə hərbçisini məhv etdikdən sonra özü də şəhadətə ucalıb.

Şəhid Elcan Cəlilov ölümündən sonra  "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasina görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.