Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dişin ağrıyır?
17 Fevral 2012 18:38
0 Şərh
Baxış: 7 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ekspress" qəzeti yazır ki, hamımız gözəl təbəssümümüzün səbəbi olan sağlam dişlərə sahib olmaq istəyirik. Amma təəssüf ki, çox zaman diş həkiminə dişlər sıradan çıxandan sonra müraciət edirik. Və sonunda müəyyən vəsait ödəyərək, ağzımızda metal-keramika, metal-plastmas və sirkoniumdan hazırlanmış dişlər gəzdirməli oluruq.
Diş texniki Haşım Haşımovun sözlərinə görə, hər bir insan gözəl, bəyaz, səliqəli dişlər gəzdirmək arzusunda olsa da, insanlar çox zaman öz təbii dişlərinin qayğısına zamanında qalmır, onlar çürüyüb sıradan çıxdıqdan sonra həkimə müraciət edirlər. Həmsöhbətim deyir ki, kimliyindən asılı olmayaraq, hər bir kəs dişin qayğısına qalmalı və çalışmalıdır ki, diş öz canlılığını itirməsin. Diş itirildikdən sonra müxtəlif maddələrdən dişlər hazırlansa da, təbii dişin yerini vermir. Təbii dişə bənzər dişin hazırlanması isə texnikin iş bacarığı ilə yanaşı, maddiyyatdan da çox asılıdır. "Dişlərin hazırlanmasında texnikin bacarığı da çox önəmlidir. Elə texnik ola bilər ki, dişlərin hazırlanması nəzəriyyəsini bilsin, amma əl qabiliyyəti zəif olsun. Diş hazırlamaq, düzəltmək rəssamlıq sənətinə bənzəyir. Diş hazırlanarkən dəqiq olmaqla yanaşı rəng seçimində də diqqətli olmaq lazımdır. Hər şey diş həkiminin dişi yonmasından asılıdır. Çox zaman həkimlər xəstə ilə texniki görüşdürmək istəmirlər. Amma yaxşı gözəl dişlər hazırlamaq üçün texnik xəstəni görməli, onun ağız quruluşuna, dişlərinin formasına fikir verməlidir. Bundan sonra texnik gözəl diş hazırlaya bilər".
Dişlər bir çox materialdan, əsasən sirkon, metal-keramika və ya metal-plastmasdan hazırlanır. Texnikin sözlərinə görə, diş düzəltmək üçün ən yaxşı material sirkondur. Sirkon işığı keçirdiyi üçün ağızda bu dişlər təbii görünməklə yanaşı, ondan diş hazırlamaq da asan başa gəlir.
H.Haşımov onu da bildirir ki, yaxşı diş düzəltmək üçün diş həkim tərəfindən 5 mm yonulmalıdır. Diş bu qədər yonulmadığı təqdirdə, texnik nə qədər gözəl diş hazırlamağa can atsa da, bacara bilmir.
H.Haşımovun sözlərinə görə, dişin hazırlanma müddəti bir həftədir. Hazırlanma prosesi bir neçə mərhələdən ibarət olduğu üçün heç bir texnik dişi 1 günə hazırlayıb verə bilməz. Keramik dişlərin hazırlanması prosesinin çətin olduğunu bildirən texnik onun hazırlanmasında ustanın diqqətli olmasının daha önəmli olduğunu bildirir. "Keramik diş hazırlayarkən rəng seçimi çox önəmlidir. Bacarıqlı texnik kənar dişlərə baxıb, gördüyü ləkə və rəngləri hazırladığı dişin üzərində əks etdirməyi bacarmalıdır. Diqqətlə və yaxşı materialdan hazırlanmış keramika dişlərin ömrü 5 ildir. Bu müddətdən sonra dişlər sıradan çıxır, gözəlliyini, estetikasını itirir".
Texnik bəzən kaprizli xəstələrin də müraciət etdiyini deyir. Onun sözlərinə görə, bəzən dişləri müxtəlif rənglərə çalan xəstələr düzəltdirdiyi dişləri öz dişləri rəngində deyil, tamamilə bəyaz olmasını istəyir. "Elə xəstə olub ki, rənglərin uyğun olmadığını nə qədər başa salmağa çalışsam da, onu fikrindən döndərə bilməmişəm. Biz iş görərkən təkcə maddiyyatı fikirləşmirik, çalışırıq ki, gördüyümüz iş keyfiyyətli olsun".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)