Cəmiyyət

Azərbaycandakı şəlalələr quruyur - VİDEO

1 Sentyabr 2021 12:21
0 Şərh     Baxış: 1 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunda yerləşən "Afurca" şəlaləsinin suyu hazırda demək olar ki, quruyub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 75 metr hündürlükdən axan şəlalə əvvəllər gur sululuğu ilə seçilib və turistlərin diqqətini cəlb edib.  

Azərbaycan Milli Elmlər Akademiyasının  Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, şəlalələr yeraltı sulardan qidalanır. Yəni, əsas su mənbəyi daimi qar örtüyüdür. Son bir neçə ildə isə ciddi quraqlıq müşahidə olunduğundan nəticə də belədir.

Qəbələ rayonundakı "Yeddi gözəl" şəlaləsində isə vəziyyət bir qədər fərqlidir. Bu şəlalə hələ tam qurumasa da, suyu ötən illər ilə müqayisədə xeyli azalıb.

Ənvər Əliyevin sözlərinə görə, hazırda ölkənin əksər şəlalə və bulaqlarında eyni mənzərə müşahidə olunur. Qusardakı  məhşur "Laza", Qəbələdəki "Mucuq", Qaxdakı "İlisu", Yardımlıda olan "Yardımlı" şəlaləsinin suyu da dəfələrlə azalıb. 

Qeyd edək ki, mövcud vəziyyət turist axınına da təsirsiz ötüşməyib. "Yeddi gözəl"dən fərqli olaraq, "Afurca" şəlaləsinin bu il demək olar ki, ziyarətçisi olmayıb. Yolunu buradan salanlar isə kor-peşiman geri qayıdıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.