Cəmiyyət

Günün qoroskopu: Əhvalınız yaxşılaşa bilər

15 Sentyabr 2021 00:01
29 Şərh     Baxış: 5 396

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında mühüm işlərə başlamayın. Önəmli müqavilələr, anlaşmalar və ya sövdələşmələr üçün yaxşı zaman deyil. Maliyyə məsələləri, büdcənin planlaşdırılması və pulların bölüşdürülməsi zamanı aktiv olun.

Emosional fon stabil deyil. Problemlərə kəskin reaksiya verməyin. Yaşamınızı çətinləşdirməyin, mənasız problemlər yaratmayın.

Günün ikinci yarısında yaxınlarınızdan birinin dəstəyinə bel bağlaya bilərsiniz. Həmin adam sizi yaxşı tanımaqla bahəm, hisslərinizə sayğı bəsləməlidir. İradlarınızı taktiki, incə şəkildə bildirin.

Buğa - peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından pis gün deyil. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Hətta başqalarının dil tapa bilmədiyi insanın dediklərini səbrlə dinləyin. Dürüst qərarı tezliklə vermək mümkündür. Uzun-uzadı fikirləşməyə, təhlilə və müzakirlərə ehtiyac yoxdur.

Rəqiblərinizlə müqayisədə daha yaxşı nəticələrə can atın.

Əvvəllər yaranan və hələ də çözülməyən problemlər günün ikinci yarısında sizi narahat edəcək. Tələskənlik etməyin. Yaxın ətrafınızdakı insanlar aktiv fəaliyyət tələb edərək əhvalınızı korlaya bilərlər.
 

Əkizlər - özünüz olun, saxtakarlıq etməyin. Məqsədə çatmaq üçün izafi səylərə ehtiyaclar yoxdur. Məsələ heç də müsbət təmayüllərin təsirinin güclənməsində deyil. Qüvvələrinizi normal dəyərləndirin, qarşınıza irreal məqsədlər qoymayın.

Günün ikinci yarısı qeyri-formal ünsiyyət üçün çox əlverişli gündür. Peşəkar fəaliyyətlə bağlı məsələləri işlədiyiniz yerdə müzakirə etməyin. Sadə olun, normal davranın. Qısamüddətli işgüzar səfər pis alınmayacaq.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng - müsbət təmayüllərin təsiri güclənəcək. Yaranan çətinliklərin öhdəsindən gələcəksiniz. Müstəqil çalışırsınızsa, diqqətli olun. Başqasının yardımlarından yararlanmaq fikriniz varsa, düşünüb-daşınmadan qərar verməyin.

Müttəfiqlərin dəstəyindən istifadə edəndə özünüzü daha əmin hiss edəcəksiniz. Nüfuzlu rəqib belə, sizə zərər verə bilməyəcək.

Günün ikinci yarısında yaşlı qohumlarınızla fikir ayrılıqları istisna deyil. Sərvaxt davranın. Aldığınız məlumatları yoxlasanız, ağır problemlərlə qarşılaşmayacaqsınız. Özünüzlə manipulyasiya etməyə imkan verməyin.

Şir - maraqlı, hadisələrlə zəngin, amma sadə olmayan gündür. Qüvvə və səylərinizi bərabər paylaşdırın. Qətiyyətli, iradəli olsanız, çox yaxşı nəticələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisindəki hədəflərə laqeyd yanaşmayın.

İşdə rəhbərliklə fikir ayrılığı ola bilər. Önəmli işgüzar tərəfdaşlarla ünsiyyətdə aqressiv olmayın. Qəbul etdiyiniz qərarlara emosiyaların təsirinə imkan verməyin.

Günün ikinci yarısında xoş sürprizlər olacaq. Romantik görüş, etiraflar və xoş ünsiyyət sizi sevindirəcək. Təxəyyülünüzü işə salın, sevdiyiniz insanı sevindirin.

Qız - günün ilk yarısı yorucu və usandırıcı təsir bağışlaya bilər. Müxtəlif insanlarla fərqli görüşlər istisna deyil. Məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox səy göstərməli olacaqsınız. Həmsöhbətinizin nə dediyini anlamağa çalışın. Laqeyd olmayın.

Günün ikinci yarısında yorulduğunuzu, qüvvədən düşdüyünüzü hiss edəcəksiniz.

Müstəqil fəaliyyətə can atın. Rutin işlərlə yanaşı, yaradıcı yanaşma tələb edən məsələlərlə diqqətli və sayıq olun. Fəaliyyət azadlığı istəyirsiniz. Özünüzə əmin olun.

Mənasız məsləhətləri qulaqardına vursanız, irəliləyişə nail ola bilərsiniz.

Tərəzi - gün şəxsi həyatınızda ciddi dəyişikliklər və müsbət yeniliklər vəd edir. Nə istədiyinizi yaxşı anlamağa çalışın. Qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin. İrəliləyişdə çətinliklər yaransa da, ruhdan düşməyin.

Qeyri-adi, cəsarətli ideyalar yaranacaq. Onlardan birini reallaşdırmaqla parlaq nəticələr əldə edə bilərsiniz.

Günün ikinci yarısı işgüzar fəaliyyət baxımından sərfəlidir. Maraqlarınıza ciddi təhlükə yoxdur. Yeni problemlərin yaranmasını əvvəlcədən ehtimal etmək mümkündür. Alış-verişdə çox pul xərcləməyin.

Axşam saatlarında sevdiyiniz insanla istirahət edin.

Əqrəb - peşəkar fəaliyyətdə irəliləyişlər və şəxsi münasibətlərdəki problemlərin həlli üçün münasib zamandır. Sizi narahat edən məsələləri yaxınlarınızla söhbətlərdə müzakirə edin. Narahat olmayın: onlar sizi anlayacaq, iradlarını bildirməyəcəklər. Yeni və maraqlı tanışlıq şansları var.

Günün ikinci yarısında intuisiya sizi aldatmayacaq. Yeni layihəni reallaşdırmaqda sizə dəstək olacaq insanı dürüst seçin.

İşdə dəstəyə və ya yardıma bel bağlamayın. İşlər plan üzrə getməzsə, çətinliklərə hazır olun. Planlara dərhal dəyişikliklər edin, daha effektiv məcra və ya variantı seçin.

Oxatan - günün ilk yarısında çətinliklər olacaq. Problemlər ciddi ola bilər. Lakin onların həlli mümkünsüz deyil. Fəaliyyət planını dəqiqləşdirin. Problemlərin müəyyən hissəsini həll edəcək köməkçi və ya yardımçıya müraciət edin. Bədxahlar və ya rəqiblərin hücumlarına sinə gərin.

Günün ikinci yarısında situasiya əlverişli olacaq. Yaradıcılığa meyllisinizsə, uğurlar qazanacaqsınız. Nailiyyətlərinizlə fəxr edə bilərsiniz. Qəfil gəlirlər istisna deyil.

Axşam saatlarında gəzintilərə çıxın.

Oğlaq - tələskənliyə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Çoxsaylı məsləhət, tələb və dilətutmalara rəğmən əlverişli anı gözləyin. Vaxtından əvvəl qəti qərar verməyin. Belə olarsa, uğura nail olacaqsınız. İstədiyinizə çatacaq, qüvvələrinizə qənaət edəcəksiniz.

Günün ikinci yarısında yeni tərəfdaşla əməkdaşlığa başlamaqdan çəkinməyin. Əhvalınız yaxşılaşa bilər.

Axşam saatlarında normal istirahət edin.

Dolça - günün ikinci yarısı sakit və rəvandır. Narahatlıq, təlaş və ya gərginlik üçün heç bir səbəb yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. İşləri vaxtında başa çatdırmağa çalışın. Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır.

Günün ikinci yarısı yeni tərəfdaşlarla əməkdaşlıq üçün münasibdir. İşgüzar səfər pis alınmayacaq.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Yorğunluq hiss etməyəcəksiniz. Çox çalışsanız da, problemlər yaranmayacaq. Dəyər verdiyiniz insanla qəfil görüş olacaq. Dost və ya sevdiyiniz insan üçün xoş xəbəriniz var.

Balıqlar - çox böyük uğurlara nail olacağınızı düşünməyin. Son aylarda qarşınıza qoyduğunuz məqsədlərə dərhal çatacağınıza ümid edərək tələskənliyə yol verməyin. İmkanlarınız hüdudsuz deyil. Özünüzə əsla şübhə etməsəniz də, ciddi problemlərlə qarşılaşa bilərsiniz.

Günün ikinci yarısında xoş xəbər alacaqsınız. Gözlənilməz etiraf və ya ideya yaşamınızı yaxşılaşdıra bilər. Uğursuzluqlar sizi bədbinləşdirməsin, yoldan döndərməsin. İrəliyə baxın, perspektivləri görməyə çalışın.

Milli.Az

Şərh yaz:

29 Şərh:

  • Anonim
    00.03 · 15 Sentyabr 00:0336

    Ay daa...

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 00:0920

      :((((((( küstüm

      Cavab yaz
      • Anonim
        09.40 · 15 Sentyabr 09:3928

        Mənnəəən?

        Cavab yaz
        • Anonim
          Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 11:0300

          Hmmm:(

          Cavab yaz
        • Anonim
          11.46 · 15 Sentyabr 11:4600

          Yoo məndən

          Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 00:03820

    Sabahiniz xeyir ve xeyirli olsun.

    Cavab yaz
    • Anonim
      Admiral · 15 Sentyabr 00:46442

      Can sənində :)

      Cavab yaz
      • Anonim
        :) · 15 Sentyabr 07:552255

        ayə adımaral sən hələdə bu esranın yanında sülənirsəən?

        Cavab yaz
        • Anonim
          Admiral · 15 Sentyabr 11:02781

          Birincisi salam ikincisi də vaxtın olanda özünə hörmət elə. Hələlik.

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 13:2430

            Canım fikir vermə.Özün necesen ehvalin necedi?

            Cavab yaz
            • Anonim
              Admiral · 15 Sentyabr 16:0810

              Çox sağol can yaxsiyam Əsra sen yaxşı olasan canım bacım azad necədir dərsləri necə gedir

            • Anonim
              Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 18:1730

              Canim qardasim mendee yaxsiyam.Şükür Azadda yaxsidi Allah qoysa 29 baslayacak dersleri.Yavas yavas hazirliqlar gedir

            • Anonim
              Admiral · 15 Sentyabr 19:3120

              Həmişə yaxşı olasan Əsra. He Azada uğurlar inşallah yaxşı oxuyar

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 00:05881

    Ağlını əlindən alanları deyi, aqlinda ağıllı qalanları sev.

    Cavab yaz
    • Anonim
      07 · 15 Sentyabr 17:47065

      Ağlını kim əlindən alıb?

      Cavab yaz
      • Anonim
        Admiral · 15 Sentyabr 19:31530

        17:47 qaşınırsansa baytara get bəlkə dərdinə dərman tapa

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 15 Sentyabr 00:07250

    Bəzi insanlar heyatimizda ən pis səhvimiz,ən gözəl dərsimizdi.

    Cavab yaz
  • Anonim
    Eugenia · 15 Sentyabr 08:3622

    Maraqli nese gormedim,bu gun. yene burcumde.(

    Cavab yaz
    • Anonim
      Ebru · 15 Sentyabr 11:2952

      Oğlaq bürcüsünüsə çətin maraqlı nəsə ola.(Bircə maraqlısı odu ki,deyir axşam saatlarda normal istirahət edin:)Gərək sözün yerə salmayaq))..

      Cavab yaz
      • Anonim
        Eugenia · 15 Sentyabr 12:3010

        Can necesen, Ebru?)sen rasiyada qalirdin? sef etmiremse?)

        Cavab yaz
        • Anonim
          Ebru · 15 Sentyabr 13:3330

          Çox sağ can yaxşı.Sən necəsən?Hə səhv etmirsən :))Burda yaşayıram ..

          Cavab yaz
          • Anonim
            Eugenia · 15 Sentyabr 23:0300

            Shukur yaxshiyam mende)

            Cavab yaz
  • Anonim
    Ebru · 15 Sentyabr 11:31182

    Salam.Esmər gözəl bacım buranı oxuyursansa yaz çox narahatam sənin üçün ((Necəsən??Allah şəfa versin sənə Aleks bəyə və bütün xəstələrə..Yeriniz görünür ((Murad qardaşım xoş gördük,Nuruş səndə yadımdasan.(****).

    Cavab yaz
    • Anonim
      Admiral · 15 Sentyabr 12:2491

      Salam Ebru bacım xoş gününə gələk. Necəsən ne var ne yox

      Cavab yaz
      • Anonim
        Ebru · 15 Sentyabr 13:3270

        Salam qardaşım ,çox sağ ol.Yaxşı sən necəsən?Niyyə görünmürsən?((Heç yada salmırsan bacını((

        Cavab yaz
        • Anonim
          Admiral · 15 Sentyabr 16:0820

          Can üzürlü say vallah qardaşıma qarışıb basimis onun dərsləri var baş qarışıqdı yoxsa mütləq yazaram unutmaram heç vaxt. Mən də yaxsiyam şükür sen yaxşı olasan qızların neterdi insallah yaxşı olun

          Cavab yaz
          • Anonim
            Ebru · 15 Sentyabr 17:1830

            Çox sağ ol.Qizlarda yaxşıdılar şükür.Qaqaş uğurlar dərslərində.Səndə hər zaman yaxşı ol..

            Cavab yaz
            • Anonim
              Admiral · 15 Sentyabr 19:3130

              Teşekürler Ebru bacım

  • Anonim
    Unvanli · 15 Sentyabr 20:5102

    Salam Necen Hardasan sen yene deyesen dogrdan yaddasin pozlub )))yaddan cixir yazmaq yoxsa mende yazan deylem aaa :)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.