Cəmiyyət

Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu

30 Avqust 2021 17:14
0 Şərh     Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatənda olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatıdadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.