Gəncədə ildırım qaz xəttini vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Sözügedən ünvandan keçən qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib.
Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Milli.Az