Gəncədə ildırım qaz xəttində yanğına səbəb oldu - FOTO

24 Avqust 2021 22:02

Gəncədə ildırım qaz xəttini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Sözügedən ünvandan keçən qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. 

Milli.Az