Hadisə

Göygöldə yanğın, tüstüdən zəhərlənən var

1 Dekabr 2025 16:53
Baxış: 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, yanğın rayon ərazisindən yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilib.

1961-ci il təvəllüdlü İ.Hüseynova məxsus evdə yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü A.Huseynova tüstüdən zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib.

Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.