Cəmiyyət

Zaqatalada meşəlik ərazi yanır

21 Avqust 2021 21:11
0 Şərh     Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb.

Batma təhlükəsi ilə üzləşən daha 1 nəfər xilas edilib
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib. İlkin məlumata görə, yanğın 2 hektara yaxın ərazini əhatə edir.

Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.