Cəmiyyət

Azərbaycanda qardaş bacısının başını buna görə kəsib - TƏFƏRRÜAT

20 Avqust 2021 16:08
22 Şərh     Baxış: 11 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:08

Bərdədə 25 yaşlı Cabbarov Fəqan Fəxrəddin oğlu 1994-cü il təvəllüdlü bacısı Nərmin Cabbarovanı qətlə yetirib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gündüz Ələsgərov hadisənin təfərrüatlarını Unikal.org-a açıqlayıb:

"Qız Bərdənin Kətəlparaq kəndinə ərə gedibmiş. İki azyaşlı övladı var. Həmin kənddə ailə daxilində söz-söhbət olub. Qız bu məsələdən sonra öz ata evinə deyil, dayısıgilə gedərək bir neçə gün dayısının evində qalıb. Dünən isə qızın qardaşı dayısı evindən götürüb evə gətirərkən əkin sahəsində taksidən düşürdüb.

Qız başa düşüb ki, qardaşı onu öldürmək istəyir. Ona görə də qardaşının əlindən qaçmaq istəyib. Qardaşı isə onun arxasınca düşüb və orada da başını kəsərək qətlə yetirib. Kənd sakinlərinin verdiyi məlumata görə, qətlə səbəb qızın əxlaqsızlıq etməsi olub".

------------

19.08.2021, 21:51

Bərdə rayonunda qətl hadisə baş verib.

Milli.Az bildirir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Fəqan Cabbarov bu gün öz həyətlərində bacısı Nərminin başını kəsib. 

Hadisənin namus üstə baş verdiyi bildirilir. Qadın bir müddət əvvəl boşanıb. 

Onun iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.