Cəmiyyət

Bakıda yolun ortasında video çəkən qızlar qəzaya səbəb oldu - VİDEO

19 Avqust 2021 18:30
1 Şərh     Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yolun ortasında telefonla video çəkən qızlar sürücüləri çaşdıraraq qəzaya səbəb olublar.

Milli.Az "avtosfer.az"a istinadən xəbər verir ki, hadisə paytaxt küçələrindən birində baş verib.

İki xanım yolun kənarında avtomobilini saxlayaraq arxa kapota qoyduqları telefonla mahnı oxuyub video çəkiblər.

Onların bu əyləncəli halları yoldan keçən sürücülərin diqqətini yayındırıb və qəza baş verib.

Belə ki, sürücülərdən biri xanımlara yaxınlaşaraq avtomobilini anidən saxlayıb, elə bu zaman arxadan eyni məqsədlə qızlara doğru gələn ikinci sürücü öndəki avtomobili vurub.

Maraqlısı budur ki, qızlar öz əyləncəsini heç pozmadan mahnı oxuyaraq video çəkməyə davam edib.

Oğlanlar isə əzilən avtomobillərinin xərcini hesablamaqla məşğul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.