Cəmiyyət

Bu həftə koronavirusdan 74 nəfər ölüb - Tendensiya məhdudiyyətlərə aparır - VİDEO

14 Avqust 2021 10:59
0 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusa yoluxma halları artır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində  12 min 185 yoluxma və  74 ölüm halı qeydə alınıb.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.

Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.

Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.

"Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək  zəruri olacaqdır",- deyə baş infeksionist qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.