Cəmiyyət

Füzuli aeroportunun tikintisi yekunlaşır - İstismara veriləcəyi tarix açıqlandı - VİDEO

13 Avqust 2021 11:04
0 Şərh     Baxış: 1 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisi başa çatmaq üzrədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hava limanının uçuş-eniş zolağının uzunluğu üç min metr, eni isə 60 metr olacaq.

"Azərbaycan Hava Yolları" QSC -nin əməkdaşı Valeh Əmiraslanovun sözlərinə görə, uçuş-enmə zolagı tam istismara hazırdır.

Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib. Yeni hava limanının əsas binasının, uçuş-enmə zolağının, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisi yekunlaşmaq üzrədir.

Hazırda inzibati və yardımçı binaların daxilində işlər aparılır. Hava limanına gələn və gedən qonaqlar üçün hər cür şərait yaradılır.

Sentyabr ayında uçuş-enmə zolağı, perron və sükan yolu 100% tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək. İlkin uçuşun sentyabrın 5-də həyata keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.