Cəmiyyət

"YAŞAT" Fondunun nümayəndə heyəti Türkiyədə müalicə alan ağır yaralılarımızı ziyarət edib - FOTO

12 Avqust 2021 13:28
0 Şərh     Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"YAŞAT" Fondunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə ağır yaralılarımızın müalicə şəraiti və proseduru ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçirib.

"YAŞAT" Fondundan Milli.Az-a verilən məlumata görə, İstanbul, Bursa və Kocaeli şəhərlərində baş tutan görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə olunub.

Xatırladaq ki, Türkiyəyə müalicə üçün göndərilən ağır yaralılarımızın müalicə və gündəlik xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanır. Eyni zamanda Fond tərəfindən onlara müalicə müddətində aylıq xərclik verilir.

Fond tərəfindən bu günə qədər 123 ağır yaralımız müalicə üçün Türkiyəyə göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.