Cəmiyyət

DİN-dən Tahir Kərimlinin oğlu ilə bağlı çıxışına reaksiya

7 Avqust 2021 23:56
0 Şərh     Baxış: 2 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millət vəkili Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu barədə deputat "Reaksiya TV"yə verdiyi müsahibədə deyib. Kərimlinin sözlərinə görə, Milli Məclisdəki məlum çıxışından sonra həmkarları onunla hətta liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin dediyinə görə, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır:

"Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir".

Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında eks-həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, "polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur" deməsi müzakirələrə səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.