Cəmiyyət

Azərbaycanda tanınmış jurnalist vəfat edib - FOTO

7 Avqust 2021 23:50
1 Şərh     Baxış: 2 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyanda jurnalist vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan "Qələbə" qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, "Aysberq" müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.