Cəmiyyət

Türkiyədən Azərbaycana gələn təyyarədə DƏHŞƏTLİ ANLAR – YENİLƏNİB - VİDEO

7 Avqust 2021 23:51
1 Şərh     Baxış: 11 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:51

Azərbaycan Hava Yolları"nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.⠀

Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.

Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir.

Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir.

22:34

Göyərtəsində azərbaycanlı sərnişinlərin də olduğu təyyarədə qorxulu anlar yaşanıb. 

Milli.Az xəbər verir ki, təyyarə bir anda qəza təhlükəsi ilə üzləşib. Bu barədə məşhur aparıcı Lalə Azərtaş məlumat verib.

Stüardessalar sərnişinləri sakitləşdirmək üçün çox cəhd etsələr də insanların ölüm-qalim savaşı kameradan qaçmayıb. Pilotun peşəkarlığı sayəsində sərnişin dolu təyyarə qəza təhlükəsini geridə qoymağı bacarıb.

Bu da sözügedən həyəcanlı anlar:

Məhəmməd Vaqif
Milli Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.