Cəmiyyət

Azərbaycanda yoluxma sayı sürətlə artdı: son sutkanın STATİSTİKASI

5 Avqust 2021 20:48
0 Şərh     Baxış: 7 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib, aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.