Cəmiyyət

Su nasoslarının qənimi Gəncədə tutuldu - FOTO

8 Avqust 2021 19:59
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, Elşən Cəfərov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 10-dan çox mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1 000 manatdan çox olan su qurğularını oğurlayıb.

E.Cəfərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.