Cəmiyyət

Millət vəkili qızına toy etdi - VİDEO

4 Avqust 2021 10:44
0 Şərh     Baxış: 6 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı, bəstəkar Novruzəli Aslanovun (Novruz Aslan) qızının toyu olub.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məclis Bakının tanınmış restoranlarından birində baş tutub. Millət vəkilinin qızı Günel Aslanovanın toyunda N. Aslanın həmkarları, ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsindən tanınmış şəxslər iştirak edib.   

Əməkdar artistlər Lalə Məmmədova, Vasif Məhərrəmli, müğənni Natavan Həbibi və başqaları səhnədə yer alıblar. Məclisdən videoları toyu idarə edən aparıcı Azər Axşam instaqram səhifəsində paylaşıb.  

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.