Teymur Musayev Buzovnada şəhid ailələrinin övladları ilə görüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin övladları ilə görüşüb.
Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə Teymur Musayev dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: "Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu qayğının nəticəsidir ki, Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətinə verilib".
Teymur Musayev ötən ilin ölkəmiz üçün əlamətdar il olduğunu vurğulayıb: "Qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq".
Çıxışının sonunda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev hər birimizin Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borclu olduğunu vurğuladı: "Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur".
Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirdi ki, Mərkəzdə 1200-dən çox qaziyə nevroloji, psixoloji və fizioterapevtik müalicələr göstərilib və hazırda müəssisədə 50-dən çox qazimiz müalicə alır. Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarının sanator-kurort və bərpa-müalicə xidmətinin keyfiyyətli həyata keçirilməsi məqsədilə Mərkəzin binasında müvafiq şərait yaradılıb. Burada onlara anaları ilə birlikdə sanator-kurort, bərpa-müalicə, o cümlədən istirahətlərinin səmərəli və effektiv keçirilməsi üçün müxtəlif növ əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunur.
Tədbirin sonunda İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarına hədiyyələr təqdim edildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
Qızıl yenidən bahalaşdı
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
XƏBƏR LENTİ
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)





