Cəmiyyət

Şəmkirdə narkotik yetişdirən qadın saxlanıldı - FOTO

27 İyul 2021 11:16
Baxış: 2 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramlı kənd sakini Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.