Cəmiyyət

Goranboy sakinində narkotik aşkarlanıb

17 İyul 2021 07:45
0 Şərh     Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Anar Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobil ilə rayon ərazisindəhərəkətdə olan zaman saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 1.58 qram çəkidə narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.