Cəmiyyət

"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO

16 İyul 2021 12:19
0 Şərh     Baxış: 2 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

Milli.Az bildirir ki, bu barədə "Report"a ərazidə işləyən sakinlər məlumat verib.

Məlumata görə, yeniyetmə "patı" adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

"Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, "patı"nın təsirindən komaya düşüb" - deyə, sakinlər bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.