Cəmiyyət

300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı

15 İyul 2021 10:14
0 Şərh     Baxış: 2 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə fəaliyyət göstərən "Şah Sarayı" şadlıq sarayı ilə bağlı cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Milli.Az-a açıqlamasında bildirib ki, şadlıq sarayında inzibatçı (adminstrator)  işləyən  şəhər sakini Mübariz Mirzəyev barəsində cinayət işi başlanılıb: "Gəncə şəhər Baş Polis İdarəsinin digər tabe qurumları kimi Nizami rayon Polis İdarəsinin əməkdaşları da karantin şərtlərinə riayyət edilməsinə nəzarət məqsədi ilə mütamadi olaraq profilaktiki tədbirlər həyata keçirir. 

Keçirilən sonuncu reyd zamanı şəhər arazisində fəaliyyət göstərən "Şah Sarayı" şadlıq sarayında Operativ Qərargah tərəfindən müəyyən edilən 150 nəfərlik say normasından 2 dəfə çox, 300 nəfər qonaq olması müəyyən edilib.

Dərhal polis əməkdaşları qanuna müvafiq tədbir görüb, inzibatçı barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.