Cəmiyyət

Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

12 İyul 2021 11:34
0 Şərh     Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

"90-SB-700" dövlət nömrə nişanlı "Mercedes" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın mühərrik hissəsində yanğın baş verib.

Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qəza zamanı Şahin Bağırov, Gülnaz Qurbanova və adları hələ bilinməyən 2 nəfər xəsarət alıb. Yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.