Cəmiyyət

Binəqədi qəsəbəsinin yol problemi - VİDEO

9 İyul 2021 11:59
0 Şərh     Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəsəbə bələdiyyəsi problemin nəzarətə götürüləcəyinə söz verdi

Milli.Az Real TV-ə istinadən bildirir ki, Binəqədi rayon DSK 4 deyilən ünvanın sakinləri yollarının vəziyyətindən gileylənirlər.

Onlar deyir ki, təmirsiz, asfaltsız yolları ilin yağıntılı fəsillərində xüsusilə keçilməz olur. Payız-qış mövsümü bitsə də, bu sakinlərin problemi bitmir. Çünki isti havalarda təmirsiz yol başqa bir problemlə qarşılarına çıxır - tozlu hava problemi ilə.

Sakinlər iddia edir ki, dəfələrlə şəxsi vəsaitləri hesabına yola çınqıl töküb, vəziyyəti bacardıqları qədər yaxşılaşdırmağa çalışıblar. Amma bu da çarə olmayıb. Problemin ən pis tərəfi odur ki, yolsuzluq həyati məsələlərdə də özünü göstərir. Belə ki, təcili tibbi yardım, taksi xidməti vaxtında bu əraziyə gəlib çıxa bilmir.

Sakinlərin problemini məsul qurum olan Binəqədi qəsəbə bələdiyyəsinə çatdırdıq. Bələdiyyə sədrinin müavini, sədrin səlahiyyətini müvəqqəti icra edən Rəşad İsayev küçənin qəsəbədaxili yollara aid olmadığını bildirdi. Lakin problemin yerli bələdiyyə tərəfindən nəzarətə götürüləcəyinə də söz verdi.

Ümid edirik ki, bu problem növbəti yağıntılı mövsüm gəlməmiş həllini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.