Cəmiyyət

Havada toz dumanı müşahidə edilir

5 İyul 2021 13:55
1 Şərh     Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havada toz dumanı müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a məlumatına görə, iyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.

Hazırda avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.