Cəmiyyət

Bakıda sıxlıq yaranan küçələrin adları açıqlandı

30 İyun 2021 08:49
0 Şərh     Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt daxilində sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Heydər Əliyev prospekti - Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından, Şəhər mərkəzi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti - (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti) və Abdulvahab Salamzadə küçəsi - Əsas yol - (Qələbə dairəsi istiqamətində) sıxlıq müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.