Cəmiyyət

Saleh Səmədovun bir qardaşı həbs olundu, digəri isə...

30 Oktyabr 2025 14:43
Baxış: 709
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb.

Milli.Az qaynarinfo.az-a istinadla xəbər verir ki, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.

Mənbənin verdiyi məlumata görə, Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Atababa Səmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin ümumi məbləği 320 min dollar miqdarında pulunu mənimsəyib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə vəd veribmiş.

Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O da məlum olub ki, Atababa Səmədov illər öncə də məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Saleh Səmədov Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.