Cəmiyyət

Zakir Həsənov: “Pakistanın dağlarda döyüş bacarıqlarından faydalanmaq istəyirik”

26 İyun 2021 14:15
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağda minatəmizlənmə məsələləri var və həcm böyükdür. Türkiyə bu işdə bizə dəstək verir, qardaş Pakistandan da dəstək gözləyirik".

Milli.Az xəbər verir ki, bu sözləri "REAL TV"yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

"Bu yaxınlarda Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ölkəmizdə səfərdə idi. Ali Baş Komandan onu qəbul etdi və zəruri məsələlər müzakirə edildi. Bildiyim qədəri ilə, yaxın günlərdə Pakistan da bizə dəstək olacaq.

Digər məsələ isə Pakistan ordusunun dağlarda döyüş təcrübəsinin çox yüksək olmasıdır. Mən müharibəni demirəm, amma ordu varsa, onun planları var. Lazım olduqca istifadə edilir. Biz Pakistanın dağlarda döyüş bacarıqlarından faydalanmaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.