Cəmiyyət

Bakıda qəza - Avtomobil 50 min manatlıq bitkiyə ziyan vurdu - VİDEO

25 İyun 2021 17:18
Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Hyundai" və" Niva" markalı avtomobillər toqquşub. Hadisə zamanı zərbənin təsirindən "Niva" markalı avtomobil yolun kənarındakı bordürü aşaraq dəyəri təxminən 50 min manat olan dekorativ kol bitkisinə ziyan vurub.

Bundan başqa, yol təsərrüfatına da ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.