Cəmiyyət

Qarabağda yeni su kanalları çəkiləcək - VİDEO

24 İyun 2021 14:46
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahin Mustafayev: Suvarma suyu ilə təminat prioritetdir

Milli.Az Real TV-ə istinadən bildirir ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biridir. Bu baxımdan, suvarma suyu ilə təminat prioritet təşkil edir.

Bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib. Ş.Mustafayevin sözlərinə görə, yeni kanalların tikintisi də nəzərdən keçirilir.

İşğaldan azad edilən ərazilərdə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi zəruridir. Bu məqsədlə 13 hidroloji stansiyanın quraşdırılması və müşahidə-kəşfiyyat quyularının qazılması nəzərdə tutulur.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var. Bu ehtiyatlar tələbatı tam ödəməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.