Cəmiyyət

Bu özəl klinikalar vətəndaşlara pulsuz xidmət göstərəcək - İcbari tibbi sığorta çərçivəsində - SİYAHI

22 İyun 2021 14:53
Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

Agentlikdən Milli.Az-a bildirilib ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Müqaviləli tibb müəssisələrinin siyahısı:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Mərkəzi Neftçilər Xəstəxanası
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.