Cəmiyyət

70-ə yaxın hərbçi müasir protezlərlə təmin edilib

17 İyun 2021 12:33
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində yaralanan qazilərin müasir protezlərlə təmin edilməsi prosesi davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Onun sözlərinə görə, artıq 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib: "Bunlar yeni nəsil protezlərdir. Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük töhfə verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.