Cəmiyyət

Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı - VİDEO

17 İyun 2021 13:49
Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı sakini Bakıda taksi sürücüsünün fırıldağının qurbanı olub. Müştəri kimi taksiyə əyləşən şəxs iddia edir ki, onu mənzil başına çatdıran sürücü gedişhaqqını alan kimi çantaları avtomobilin yük yerindən götürməyə imkan verməyərək ərazidən uzaqlaşıb. Sürücü müştərinin çantalarını unudub, yoxsa qaçırıb? 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, taksi ilə Masazır qəsəbəsindən metronun ''20 yanvar'' stansiyası istiqamətində gələn müştəriyə külli miqdarda ziyan dəyib.

Saatlı sakini 57 yaşlı Elşad Məmmədovun sözlərinə görə, ''20 yanvar'' dairəsinə gəlmək üçün bir manatdan sərnişindaşıma ilə məşğul olan bir sürücünün avtomobilinə əyləşib. 

Elşad Məmmədov bir neçə saat həmin ərazidə gözləyib ki, bəlkə sürücü həmin çantaları gətirib qaytara. Gəlmədiyindən zərərçəkmiş ''102-i xidməti''nə məlumat verib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları gəlib və izahatın alıblar.

Zərərçəkmiş deyir ki, həmin şəxs maskalı olduğundan üzünü dəqiq görə bilməyib. Ağsaqqal onu da iddia edir ki, həmin şəxs onun çantalarını avtomobilində unutmayıb. Niyyəti qaçırmaq olub. 

İndi polis ərazidəki ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsilə həmin nəqliyyat vasitəsini axtarır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.