Avtobusda maska taxmayanlar cərimələndi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə edilən uğurların qorunub saxlanılması üçün qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbir zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bir daha vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





