Cəmiyyət

Komada olan qazimiz şəhid oldu - FOTO

16 İyun 2021 18:48
Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən Müharibəsinin daha bir iştirakçısı şəhidlik zirvəsinə ucalıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə baxmayaraq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.