Cəmiyyət

Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarıldı

14 İyun 2021 12:48
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.