Cəmiyyət

Bölgələrdə günlük kirayə bazarında canlanma yaranıb - VİDEO

14 İyun 2021 12:44
Baxış: 2 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay fəslinin yaxınlaşması ilə əlaqədar istirahət məqsədilə bölgələrə üz tutanların sayı daha da artır. Bu isə fərdi evlərin günlük kirayə bazarında canlanma yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Lənkərana üz tutan turistlər əsasən dənizkənarı və Lənkəran-Lerik yolundakı istirahət mərkəzlərinə yaxın kirayə verilən evlərdə qalmağa üstünlük verirlər.

Təmiz havası və gözəl təbii mənzərələri ilə zəngin olan bu bölgədə evlərin bir günlük kirayə haqqı 40-150 manat arasında dəyişir.

Rieltorların sözlərinə gör, şənbə və bazar günülərində sözügedən bölgədə kirayə ev tapmaq müşkülə çevrilib.

Ekspertlər hesab edir ki, kirayə mənzil bazarında bu cür vəziyyət mövsümün sonuna qədər davam edəcək.

İsmayıllıda  da həyət evlərinə tələbat çoxalıb. Son bir həftədə müraciətlər birə-beş artıb. Fərdi evlərin günlük kirayəsi orta hesabla  20-100 manat arasında dəyişir. İçərisində hovuzu olan villalarda kirayə qalmaq istəyənlər isə 100-250 manat pul xərcləməlidirlər.

Fərdi ev tapa bilməyənlər isə istirahət mərkəzlərinə və kotteclərə üz tuturlar.

Kiçik istirahət mərkəzlərindəki otaqlar və kotteclər şəraitindən asılı olaraq 20-120 manata təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.