Metro iyun ayı ərzində hər gün işləyəcək - RƏSMİ - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:46
Futbol üzrə UEFA Avropa çempionatının (AVRO-2020) final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.
"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, Birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.
Məlumdur ki, "A" qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin "Koroğlu" stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.
Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-dək metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək. Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.
Ümumiyyətlə, oyun günləri "Koroğlu" stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.
Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. "Koroğlu" stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.
Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında ("İçərişəhər", "Sahil", "28 May", Gənclik", "Nəriman Nərimanov", "Koroğlu" və "Nizami") könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.
Futbol bayramı ovqatının yaradılması məqsədilə stansiyalarda xüsusi plakatlar və bannerlər yerləşdirilib, monitorlarda çarxlar nümayiş olunur. Məlumdur ki, çempionatın "A" qrupunda qardaş Türkiyənin də milli futbol komandası çıxış edəcək. Komanda iyun ayının 16-sı və 20-si iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. Metropoliten qardaş ölkənin futbolçularına dəstəyini də əsirgəməyəcək. "Bir millət, iki dövlət" timsalı ilə Türkiyə millisinə olan sərnişin və azarkeş marağı da xüsusi nəzərə alınıb. Mənəvi dəstəyin ifadəsi olaraq, stansiyalarda "Türkiyə, ürəyimiz səninlə döyünür!" posterləri yerləşdiriləcək.
Bütün qeyd edilənlərə rəğmən, "Bakı Metropoliteni" QSC bayram ovqatını birgə yaşamağa və bunun üçün sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi unutmamağa çağırır. Bu xüsusda Bakı metropolitenindən istifadə edərkən "COVID-19" pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda metodiki göstərişin tələblərinə ciddi riayət olunması, xüsusən tibbi maskadan düzgün istifadə olunması sağlamlıq üçün vacibdir.
Arenaya və arenadan ən qısa yolunuz metrodan düşə bilər.
--------
12:04
Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.
Milli.Az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən, tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.
B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:
"Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır".
Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:
- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın





