Dadı ilə seçilən şaftalının alıcısı da kifayət qədərdir - Reportaj - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənub bölgəsində artıq bir həftədir yazlıq meyvə yığımına başlanılıb. Lənkəranda yenicə salınmış şaftalı bağlarından bol məhsul əldə edən təsərrüfatçılar meyvəçiliyin gəlirli sahə olduğunu deyirlər. Dadı və keyfiyyəti ilə seçilən şaftalının alıcısı da kifayət qədərdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəran rayonunun Lüvəsər kəndində 2019-cu ildə 2,5 hektar ərazidə salınmış şaftalı bağlarında bol məhsul yetişib. Təsərrüfat sahibi Amil Rüstəmov həm şaftalı bağlarının məhsuldarlığından, həm də satış qiymətindən razıdır. Hazırda ağaclarda şaftalının yığımına başlanılıb. Bir ağacdan təxminən 50-60 kiloqram məhsul toplanılır. Bağ sahibinin sözlərinə görə, suvarılma mütəmadi həyata keçirilərsə, bundan da çox məhsul əldə etmək olar.
Bağ sahibi Amil Rüstəmov deyib: "Bağımda müasir tələblərə cavab verən meyvə sortları əkmişəm. Burada əsasən nektarin, tüklü şaftalı sortları yetişdirilir. Məhsulu daxili bazarda satırıq. Yerindən 2 manat 50 qəpik - 2 manat 70 qəpiyə alıb aparırlar. Növbəti ildə ağacların sayını daha da artırmağı planlaşdırırıq".
Hazırda bağda 4 növ şaftalıdan 1500-ə qədər ağac məhsula düşüb. Hər il ağacların sayı calaq yolu ilə artırılır. İntensiv meyvə bağında sulama müasir damlama üsulu ilə həyata keçirilir. Ağacların xəstəliklərdən qorunması üçün zərərvericilərə qarşı tədbirlər görülür, bütün aqrotexniki qaydalar vaxtında aparılır.
"Bunlar İtaliyadan gətirilən calaqaltı materiallardır. "Karnel b1" adlanır. Avqust ayında onları göz calağı edəcəyik. Biz ən müasir standartlara uyğun meyvə sortları seçmişik. Vaxtında aqrotexniki qulluq göstəririk. Zərərvericilərə qarşı da vaxtında tədbirlər görülür. Çalışırıq ki, bizə müraciət edən fermerlər hər hansı bir çətinliklə üzləşməsinlər", - deyə aqronom Ramiz Hüseynov bildirib.
Fermerlər yığılan məhsulu satmaqda çətinlik çəkmir. Alıcılar məhsulu elə bağdan alaraq daxili bazarda satışını həyata keçirirlər. Bu il meyvə bağları ilk dəfə bar verdiyi üçün 5 tona qədər məhsul yığılması proqnozlaşdırılıb. Növbəti illərdə isə bağlardan 40-50 ton şaftalı toplanılması nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Səfər ayı iyulun 15-də başlayacaq
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Sabah 39 dərəcə isti olacaq
-
Prezident İlham Əliyev: Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir
XƏBƏR LENTİ
-
Paolo Maldiniyə yeni vəzifə verildi
-
Bakıda mağazadan terminal oğurlandı - (Video)
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
-
BYD-dən tarixi səhv: Mindən çox avtomobil yanlış model kimi satılıb
-
Mateus Silva "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov qərarını verdi
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
-
Səfər ayı iyulun 15-də başlayacaq
-
Safurə 4-cü dəfə ana olacaq - (Foto)
-
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb - (Video)
-
DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək
-
"Yura dövrü parkı" filminin aktyoru vəfat etdi - (Foto)
-
Humayla İlhamə Qasımova qol güləşdirdi – Qalib təəccübləndirdi - (Video)
-
56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb - (Foto)
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)
-
Piyadalar motosikleti aşırıb yaralı sürücünü yolda qoyub qaçdılar - VİDEO
-
Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Qonşular arasında mübahisə qanla nəticələndi
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir





