Cəmiyyət

"Ramiz Mehdiyevin səhhəti qaydasındadır. İşinin başındadır" - AMEA

4 İyun 2021 11:58
Baxış: 2 163
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

11:58

AMEA prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri Leyli Namiqqızı bunu təkzib edib:

"Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ramiz müəllimin səhhəti qaydasındadır. İşinin başındadır və vəzifəsini icra edir".

---------

10:27

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.