Cəmiyyət

Həftənin altı günü işləyən vətəndaşlar vaksinasiya oluna bilmirlər - VİDEO

31 May 2021 10:59
Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Altı günlük iş rejimində işləyən vətəndaşlar vaksinasiya oluna bilmirlər. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bazar günü peyvəndlənmə üçün müraciət edənlər qapı arxasında qalırlar.

Onların sözlərinə görə, işdən çıxdıqları vaxt polklinikaların iş saatı bitmiş olur, qeyri-iş günlərində isə  qapı arxasında qalırlar.

Gün ərzində getdiyimiz 5 poliklinikada eyni vəziyyətlə rastlaşdıq.

Bu problem tək Bakıda deyil, elə Sumqayıtda da yaşanır.

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, vaksinasiya prosesi poliklinikalarda həftənin 6 günü həyata keçirilir.

Qeyd edək ki, vaksinasiya üçün növbə götürmək məqsədilə yaradılmış randevu saytının da bazar günü üçün növbə vermədiyinin şahidi olduq.

Səhiyyə Nazirliyinin  mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, iş rejiminə nəzarət Operativ Qərargah tərəfindən müəyyənləşdirilir.

Operativ Qərargahdan isə məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, iş günü olmadığı üçün bir nəticə əldə edə bilmədik.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.