Cəmiyyət

Vaksinasiyaya görə növbə götürmək üçün bunu etmək lazımdır - VİDEO

28 May 2021 12:32
Baxış: 1 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında poliklinikalarda olan növbə problemi ilə bağlı məlumatlar yayılır. Amma əslində bu problemlər olmaya da bilər. Bunun üçün isə randevu.its.gov.az saytına daxil olaraq qeydiyyatdan keçmək tövsiyə olunur.

Bu saytdan qeydiyyatdan keçməklə növbə gözləmədən  peyvənd olunmaq mümkündür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 dəqiqə vaxt sərf etməklə uzun növbə gözləmədən peyvənd olunmaq mümkündür. Ancaq ya məlumatsızlıqdan, ya da laqeydlikdəndir ki, bəzi insanlar elektron xidmətlərdən istifadə etmirlər və nəticədə poliklinikalarda uzun növbələr yaranır.

Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan randevu.its.gov.az saytına daxil olub ordakı təlimatları yerinə yetirməklə rahatlıqla növbəyə yazılmaq mümkündür.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Pərvin Baxşəliyeva deyib ki, bu sayt təkcə insanların rahatlığını təmin etmir, eyni zamanda işlərin daha tez həll olunmasına imkan verir.

Xatırladaq ki, sayt fevral ayından istifadəyə verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.