Cəmiyyət

Adına 5 şirkət var, amma özünün xəbəri yoxdur - VİDEO

26 May 2021 11:19
Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhər sakini Zamiq Dadaşovun adına aldatma yolu ilə 5 şirkət açılıb. Ona Vergilər Nazirliyindən 155 min manat borcu olduğuna dair bildiriş gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, zərərçəkmişi öz xalası oğlu Qəzənfər Əliyev və onun dostları aldadıb. Adına nömrə alacaqlarını deyərək qeyri- qanuni olaraq sənədə imza atdırıblar.  Zərərçəkmiş bildirib ki, Sumqayıt şəhərində onun kimi çoxsaylı qurbanlar var.

Hazırda şəraitsiz vəziyyətdə yaşayan ailə çarəsiz qalıb.

Hazırda nə Zamiqi aldadan xalası oğlu ilə, nə də onun əlbir olduğu şəxslərlə əlaqə saxlamaq mümkündür. Məsələ ilə bağlı zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.