Cəmiyyət

Vətən müharibəsinə yollanmış 300-dən çox igidə məxsus əşyalar bu məktəbdə saxlanır - VİDEO

24 May 2021 10:54
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədilov Əvəz Ədil - Ağdaş, Novruzov Məhəmməd İlyas - Ucar, Zeynalov Nəriman Salman- Şamaxı...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, üzərində ad-soyad və ata adı, eləcə də ünvan yazılmış bu bağlamalar Vətən müharibəsi dövründə döyüşə yollanmış igidlərə məxsusdur.

Bağlamalar Ağdamın Alıbəyli kənd məktəbində bugünədək qorunub- saxlanır.

Hərbi forma geyinərək silaha sarılan gənclər mülki geyimlərini və özəl əşyalarını qablaşdıraraq məktəbə təhvil veriblər. Döyüşlər bitdikdən sonra gənclərdən yalnız 10-15 nəfəri məktəbə gələrək əşyalarını götürüb. Hazırda məktəbdə 300-dən çox gəncə məxsus əşya qorunub-saxlanır.

Məktəbin kollektivini ən çox duyğulandıran isə döyüşə yollanan gənclərdən birinin divara yazdığı qeydlər olub. Bunu da şagirdlərdən biri dərslər bərpa olunduqdan sonra aşkarlayıb.

Məktəbin kollektivi sahibləri tapılana kimi bağlamaları qoruyub-saxlayacaqlarını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.