Cəmiyyət

Bələdiyyə sədri barəsində cinayət işi başlanıldı

22 May 2021 09:57
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Saatlı rayonu Qıraqlı kənd bələdiyyəsinin sədri Qafarov Muxtar Rövşən oğlu külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Onunla birgə cinayət işi üzrə Mirnicat Həşimov da təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatında araşdırlacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.